“Ukrayna ilə danışıqlar baş tuta bilməz, çünki Kiyevə onun “sahibləri” icazə vermir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya 1” telekanalında “Moskva. Kreml. Putin” verilişində deyib.
Peskov onu da bildirib ki, hazırda Ukrayna ilə danışıqlar üçün “hətta xırda əsas da yoxdur”.
Onun sözlərinə görə, bu, Kiyevin Moskva ilə danışıqlara başlamaq istəmədiyini, Ukrayna rəhbərliyinin “diplomatik tərəddüdlər” olmadan danışıqlara başlamaq istəyinin və Ukraynaya maliyyə yardımı göstərən ölkələrin icazəsinin olmamasını göstərir.