Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Rusiya SQ Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovun məhv edilməsi ilə bağlı məlumatı şərh edib.
xəbər verir ki, Budanov belə bir məlumatı təsdiq edə bilməyəcəyini bildirib.
Qeyd edək ki, bir müddət əvvəl bəzi teleqram kanallarında Krımda baş verən hücum nəticəsində Rusiya Baş Qərargah rəisinin “əbədi uçuşa getməsi” barədə məlumatlar yayılıb.
Budanov isə digər maraqlı məlumatları da paylaşıb: Ukrayna kəşfiyyatçılarının Rusiya Federasiyasının Belqorod vilayəti ərazisində keçirdiyi əməliyyat zamanı düşmən canlı qüvvəsi itkilər verib. Ağır yaralananlardan biri tanınmış şəxs olub, – Budanov bildirib.