Kiyev 2023-cü ildə Qərb tərəfdaşlarından 42,5 milyard dollar alıb, lakin bu məbləğin yalnız dörddə biri qrant şəklində verilib.
xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.
“2023-cü ildə beynəlxalq tərəfdaşlarla 300-dən çox işçi görüşü keçirilib. Biz Ukraynanın büdcə ehtiyacları üçün 42,5 milyard dollar topladıq, bunun 25%-i qrant dəstəyi olub” – Marçenko öz Facebook səhifəsində yazıb.
O əlavə edib ki, 2023-cü ildə Ukraynanın beynəlxalq maliyyə institutları ilə kredit layihələrinin portfellərinin həcmi bütün əməkdaşlıq illərində ən böyük olub. Həmçinin, Maliyyə Nazirliyinin rəhbəri qeyd edib ki, daxili bazarda borclanma ötən illə müqayisədə iki dəfə artıb. Onlar 15,5 milyard dollar təşkil edib.