Ukrayna yaxın 10 ildə NATO-ya üzv olmağa çalışacaq.
Müstəqil.Az xəbər verir ki, bunu Almaniyanın “Hamburger Abendblatt” qəzetinə müsahibəsində Ukrayna Prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, 2019-cu ilin sonunda Ukrayna alyansa üzvlüklə bağlı fəaliyyət planı əldə etməyi planlaşdırır:
“Biz qətiyyətlə NATO-ya üzvlüyə çalışırıq. Bizim hədəfimiz növbəti on illikdə alyansın üzvü olmaqdır. Bizimlə birgə NATO əvvəlkindən daha güclü olacaq”.
Ülkər