Belarus ərazisindən Ukraynanın vurulma ehtimalı ilə bağlı məsələyə aydınlıq gətirilib.
“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, Belarusun xarici işlər naziri Vladimir Makey mövzu ilə bağlı ölkəsinin mövqeyini açıqlayıb.
“Bir daha təkrar edirəm biz mümkün qədər münaqişənin tez bitməsində maraqlıyıq. Biz Ukraynaya zərbə endirmək fikrində deyilik”, – deyə Makey bildirib.
Diplomat bildirib ki, 90-cı illərdə Belarus ərazisindən nüvə silahları çıxarılıb və bunu edən ilk ölkə olub.
“Biz nüvə silahından istifadənin tamamilə əleyhinəyik. Ona görə ki, bu insanlığın məhvinə səbəb olacaq”, – deyə Belarus XİN başçısı əlavə edib.