Ukrayna ordusu Lisiçanska doğru irəliləyir

Ukrayna ordusu Lisiçanska doğru irəliləyir

Rusiya qoşunları Balakleya və İzyumdan Donetsk istiqamətində yenidən qruplaşdırılıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə əməliyyat Donetsk istiqamətindəki qüvvələri gücləndirmək üçün həyata keçirilib.

Ukrayna mənbələrindən yayılan məlumata görə, ölkənin Silahlı Qüvvələri artıq Luqansk vilayətinin Lisiçansk şəhərinə çatıblar. Bunu Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday təsdiqləyib.

Hələlik təfərrüatlar açıqlanmayıb.

Xatırladaq ki, Ukrayna ordusu uğurlu əks-hücum nəticəsində Xarkov vilayətində 30-dan çox yaşayış məntəqəsini işğaldan azad etməyə müvəffəq olub. Həmçinin, artıq Kupyansk şəhəri üzərində də nəzarəti ələ keçirilib və Ukrayna bayrağı ilə müvafiq ərazidən foto dərc olunub.

Mənbə: rbc.ua

Share: