Ukrayna ordusunun əsk-hücumu yeni mərhələyə keçə bilər

Ukrayna Silahlı Qüvvələrinin hücumunun yeni mərhələsi iyulun sonuna planlaşdırılıb və avqustun ortalarına qədər davam edəcək.

Bunu “Biz Rusiya ilə birlikdəyik” hərəkatının sədri Vladimir Roqov deyib.

Onun sözlərinə görə, Ukrayna tərəfi qüvvələrini cəbhə xəttində cəmləşdirməkdə davam edir, əks-hücumun yeni mərhələsi üçün ehtiyatlar hazırlayır və sahələri təmizləyir.

Roqov əlavə edib ki, Ukrayna ordusu Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirmək üçün Dnepropetrovsk vilayətinin Nikopol rayonunda Dnepr çayını Enerqodara doğru keçməyə və ikinci cəbhə xəttini açmağa cəhd edə bilər.

Mənbə: lenta.ru

Share: