Ukrayna Silahlı Qüvvələrinin (USQ) Ali Baş Komandanı Valeri Zalujnı raket zərbəsi nəticəsində ağır yaralanıb.
“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, ukraynalı general mayın əvvəlində Xerson yaxınlığındakı Posad-Pokrovskoe qəsəbəsi yaxınlığındakı Ukrayna ordusunun komanda məntəqəsində yaralanıb.
O, Rusiyanın zərbələri nəticəsində ağır zədə alıb.
Generalın qapalı kəllə-beyin travması və çoxsaylı qəlpə yaraları aldığı bildirilir.
Həmçinin, onun xidmətini davam etdirə bilməyəcəyi deyilir.