Ukrayna prezidenti İsrailin mövqeyindən məyusdur

Ukrayna prezidenti İsrailin mövqeyindən məyusdur

Volodimir Zelenski İsrailin Ukraynaya qarşı tutduğu mövqedən məyus olduğunu bildirib. Ukrayna liderinin sözlərinə görə, o, İsrailin baş naziri Naftali Bennetdən daha çox dəstək gözləyirdi.

Bu barədə Zelenski Kiyevdə xüsusi mətbuat konfransında deyib, – “Vesti İsrail” xəbər verir.

“Bu gün gözəl bir fotoşəkil gördüm. Ukrayna bayraqlarına bürünmüş bir qrup yəhudi Qüdsdə bizim üçün dua edir. Onlara dualarına görə təşəkkür edirəm. Mən İsrail rəhbərliyi ilə də danışmışam. Bizim yaxşı münasibətlərimiz var. Ancaq dostluq çətin günlərdə sınanır. Və mən hiss etmirəm ki, İsrailin baş naziri bu günlədrə bizim bayrağımıza bürünüb”, – Zelenski deyib.

Müstəqil.Az

Share: