Böyük Britaniya Ukraynaya Qara və Azov dənizlərində hərbi baza tikmək üçün maliyyə yardımı edəcək.
Müstəqil.Az xəbər verir ki, bunu Ukrayna Baş naziri Denis Şmıqal deyib.
“Ukrayna iki hərbi dəniz bazası tikir. Birini Qara dənizdə, digərini isə Azov dənizində. İnşa işləri müdafiə büdcəsi və bizə maliyyə yardımı edəcək Britaniya ilə əməkdaşlıq çərçivəsində aparılacaq”, – Şmıqal bildirib.
Anar