Ukrayna rusiyalı əsgərin ömürlük cəzasını azaltdı

Ukrayna rusiyalı əsgərin ömürlük cəzasını azaltdı

Kiyev Apelyasiya Məhkəməsi Ukraynada ömürlük həbs cəzasına məhkum edilən 21 yaşlı rusiyalı əsgər Vadim Şişimarinin cəzasını azaldıb.

Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək  xarici mediaya istinadən xəbər verir ki, məhkəmə Şişimarinin cəzasını 15 ilə endirib.

O, müharibənin ilk günlərində 62 yaşlı mülki vətəndaşı öldürməkdə təqsirli bilinib.

Qeyd edək ki, Şişimarinlə bağlı ilk məhkəmə prosesi mayın 13-ü keçirilib. Məhkəmə zamanı ruisyalı əsgər öz təqsirini etiraf edib.

Nəzrin Cavadzadə

Share: