Gecə ərzində Ukrayna ordusu düşmənə ağır zərbə endirib.
Müstəqil.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç Teleqram kanalında qeyd edib.
Düşmənin itkilərindən danışan Arestoviç bildirib ki, Ukrayna ordusu artıq Rusiyanın 11 tank alayını, 34 hərbi maşın alayını, 5 reaktiv yaylış atəş sistemi diviziyasını, 17 artilleriya diviziyasını, 5 təyyarə avialayını və 5 helikopter avialayını məhv edib:
“Bu, bütövlükdə Rusiyanın 3 zərbə ordusu deməkdir. Başqa sözlə, biz Rusiyanın ümumilikdə 10 ordu qüvvələrindən 4-nü – 3 zərbə ordusunu və bir hava ordusunu məhv etmişik”
Arestoviç artıq Rusiya ordusunun Ukraynanın müxtəlif ərazilərinə hücum imkanının olmadığını da təkrarlayıb.
Müstəqil.Az