Ukrayna hərbi kəşfiyyatı Kalininqradda Rusiyanın “Serpuxov” raketdaşıyan gəmisinə qarşı əməliyyat keçirib.
xəbər verir ki, bu barədə “Kyiv Post”a Ukrayna kəşfiyyatındakı anonim rəsmi bildirib. Məlumata görə, gəmidə yanğın baş verib və ağır zədə alıb. Qeyd olunub ki, əməliyyat aprelin 7-də hərbi gəmi Baltiysk Dəniz Bazasında olduğu zaman həyata keçirilib.
Ukrayna kəşfiyyatından gəminin təmirinin uzun çəkəcəyi qeyd olunub.
Ukrayna Hərbi Kəşfyyatının məlumatına görə, yanğın nəticəsində gəminin kommunikasiya və avtomatlaşdırma sistemləri sıradan çıxıb.