Ukrayna Krımın Feodosiya limanında Rusiyanın “Novoçerkassk” desant gəmisini vurub.
Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin komandiri Mikola Oleşçuk “Telegram” hesabındakı paylaşımında bildirib.
“Rusiyanın donanması getdikcə kiçilir. Bu dəfə böyük desant gəmisi “Novoçerkassk” Rusiyanın Qara dəniz donanmasının flaqmanı, “Moskva” kreyserinin ardınca getdi”, – Oleşçuk yazıb.
Oleşçuk Hərbi Hava Qüvvələrinin pilotlarına zərbəyə görə təşəkkür edib.
***
05:10
Krımın Feodosiya bölgəsində güclü partlayışlar baş verib.
xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
“Feodosiya sakinləri şəhər üzərində güclü partlayışlar olduğunu bildirirlər. Hava hücumundan müdafiə sistemi işə düşüb”, – deyə qeyd olunur.
Bildirilib ki, yerli sakinlər liman ərazisində bir neçə partlayış səsi eşidib, bundan sonra səmaya tüstü qalxıb.
Həmçinin Krım körpüsündə nəqliyyatın hərəkətinin dayandığı deyilir.