Ukraynanın Minskdəki səfiri İqor Kizim Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb bu gün Belarusa raket atılmasıdır.
Səfirə məsələ ilə bağlı kəskin etiraz bildirilib.
“Belarus hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus S-300 raketini vurub. Belarus tərəfi məsələyə ciddi yanaşır. Biz Ukrayna tərəfindən tələb etdik ki, cavabdeh şəxslər məsuliyyətə cəlb olunsun və gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün kompleks tədbirlər görülsün.”, – deyə XİN-dən bildirilib.
Qeyd edək ki, bu gün Ukrayna Silahlı Qüvvələrinə məxsus “S-300” sisteminə aid raket Belarus ərazisinə düşüb.