“Ukrayna ultimatumlara hazır deyil”

“Ukrayna ultimatumlara hazır deyil”

Ukrayna prezidenti Vladimir Zelenski Krım, eləcə də qondarma “Donetsk və Luqansk xalq respublikaları” ilə bağlı Rusiya ilə dialoqa hazır olduğunu bildirib. Bir gün əvvəl Kreml bildirib ki, Rusiya Federasiyası Ukraynadakı “hərbi əməliyyatı” üç şərtlə dayandıracaq: Kiyev Krımı Rusiya ərazisi kimi tanısa, “DXR” və “LXR”nin müstəqilliyini tanıyarsa, həmçinin istənilən bloklara qoşulmaqdan imtina edərsə”.

Bu barədə “Kommersant” bu gün Ukrayna prezidentinin Amerikanın ABC teleşirkətinə müsahibəsini şərh edərkən yazır.

Vladimir Zelenski müsahibəsində qeyd edib ki, Rusiya hakimiyyət orqanlarından başqa heç kim psevdorespublikaların müstəqilliyini tanımır. “Ancaq biz bu ərazilərin necə yaşayacağı ilə bağlı müzakirə edib kompromis tapa bilərik. Mənim üçün vacib olan Ukraynanın bir hissəsi olmaq istəyən insanların orada necə yaşayacaqlarıdır”, – deyə Ukrayna prezidenti bildirib.

Zelenski vurğulayıb ki, Ukrayna “ultimatumlara hazır deyil”. O, əmindir ki, “Vladimir Putin danışmağa, dialoqa başlamalıdır”.

Müstəqil.Az

Share: