Ukrayna vaxtında döyüş sursatı alsaydı, Avdeyevkanı itirməzdi

Ukrayna vaxtında döyüş sursatı alsaydı, Avdeyevkanı itirməzdi

Ukrayna vaxtında döyüş sursatı alsaydı, Avdeyevkanı itirməzdi

Ukrayna hərbçiləri arasında silah çatışmazlığı ona gətirib çıxarıb ki, Ukrayna Silahlı Qüvvələri Avdeyevka şəhərindən geri çəkilməli olub və bu şəhər ruslar tərəfindən tutulub.

-nın CNN telekanalına istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

“Ukrayna müdafiəsi üçün lazım olan bütün artilleriya sursatını alsaydı, Avdeyevka şəhəri əldən çıxmazdı”, – Kuleba bildirib.

Kuleba qeyd edib ki, ukraynalıların indi öz həyatlarını qurban verməyə məcbur olmasının yeganə səbəbi “kiminsə hələ də qərarı müzakirə etməsidir”.

“Mən ABŞ-ın daxili siyasətinə hörmət edirəm və onlara qarışmayacağam, ancaq hər kəsin bir yerdə hər mübahisənin başqa yerdə başqa bir ölüm doğurduğunu xatırlamasını istəyirəm” – diplomat vurğulayıb.

Share: