Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın nəzarəti altına aldığı Xerson vilayətinin Mala Aleksandrovka kəndinə nəzarəti bərpa etdiyi açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin rəsmi teleqram hesabında paylaşım edilib:
“Bu dəfə Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin əsgərləri Xerson vilayətində Mala Aleksandrovkaya nəzarəti ələ keçirib”.