Ukraynada futbolçu anası ilə birgə öldürüldü

Ukraynada futbolçu anası ilə birgə öldürüldü

Ukraynada gənc futbolçu Dmitri Yevdoçenko Rusiya ordusunun top atəşi nəticəsində həlak olub.

Müstəqil.Az xəbər verir ki, hadisə zamanı 16 yaşlı oyunçu ilə yanaşı, anası Mariya Yevdoçenko da ölüb. Onlar Kiyev vilayətinin Brovarski rayonundan təxliyə zamanı atəşə tutulublar.

Qeyd edək ki, Dmitri Yevdoçenko Kiyevdə fəaliyyət göstərən “Atlet” klubunun üzvü olub.

Müstəqil.Az 

Share: