Ötən ilin fevralın 24-dən avqustun 27-nə qədər Ukraynada hərbi əməliyyatlar nəticəsində 9511 dinc sakin həlak olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının məlumatında deyilir.
Bu dövr əzində daha 17 206 nəfər isə yaralanıb. Həlak olanlardan 4405-i kişi, 2638-i qadın, uşaqlardan 233-ü qız və 287 nəfəri oğlandır. 1919 böyük şəxsin, eləcə də 29 uşağın cinsini müəyyən etmək mümkün olmayıb.