Ukraynada hərbi əməliyyatlar nəticəsində 549 dinc sakin həlak olub, daha 957 nəfər isə yaralanıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının nümayəndəsi Liz Trossel bildirib.
“Rusiya qüvvələrinin əhalinin məskunlaşdığı ərazilərdə və ya onun yaxınlığında uzaqmənzilli silahlardan istifadə etməsi nəticəsində dinc sakinlər öldürülür və şikəst edilir. Bunlara ağır artilleriya mərmiləri, raketlər, hava hücumları daxildir”, – BMT Ali Komandanlığının bəyanatında deyilir.
Təşkilatın məlumatına görə, qaçqınların ümumi sayı 2,5 milyon nəfəri keçib.
Müstəqil.Az