Ukraynada müharibə başlayandan bəri Rusiyada bloklanan internet resursların sayı açıqlandı

Ukraynada müharibə başlayandan bəri Rusiyada bloklanan internet resursların sayı açıqlandı

Ukraynada müharibə başlayandan bəri Rusiyada 138 min internet resursu silinib, yaxud bloklanıb.

Bu barədə Rusiyanın baş prokuroru İqor Krasnov məlumat verib.

O, bunu “xüsusi hərbi əməliyyat” başlanandan sonra internetdə ekstremizm və terrorizm çağırışlarının, kütləvi iğtişaşların və saxta xəbərlərin yayılmasına qarşı mübarizənin gücləndirilməsi ilə izah edib.

RF baş prokurorunun sözlərinə görə, xüsusi hərbi əməliyyatla bağlı qeyri-dəqiq sosial əhəmiyyətli məlumatların bloklanmasına görə prokurorluq orqanlarından ümumilikdə 340-dan çox müraciət daxil olub və təmin edilib.

Mənbə: Kommersant

Share: