Ukraynada gedən müharibə nəticəsində 430 uşaq həlak olub, 820 uşaq yaralanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin milli polis rəisi İqor Klimenko feysbuk hesabında məlumat yayıb.
O qeyd edib ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu başlayandan indiyədək itkin düşmüş 6915 uşaq tapılıb, daha 236 uşaq isə axtarışdadır.
“Biz itkin düşmüş 6915 uşaq tapdıq. 236-sı hələ də axtarışdadır. Ümumilikdə, atəş və hərbi əməliyyatlar nəticəsində 430 uşaq ölüb, 820 uşaq yaralanıb”, – Klimenko əlavə edib.