Ukraynada rus dilində danışmaq qadağan olundu

Ukrayna Ali Radası dövlət dili haqqında yeni qanun qəbul edib. 

Müstəqil.az “RİA Novosti”yə istinadən xəbər verir ki, qanun layihəsinə əsasən, dövlət və yerli hakimiyyət orqanları, təhsil müəssisələri, xəstəxanalar və xidmət sektorunda Ukrayna dilində danışmaq məcburi olacaq. Sənədə 278 deputat səs verib.

Qanun təsdiqlənməsi üçün Prezidentə təqdim olunacaq. Sənəddə, həmçinin dini ayinlər və xüsusi tədbirlər istisna hal kimi nəzərdə tutulub.

Ekspertlər hesab edirlər ki, yeni qanun layihəsi rus dilinin sıradan çıxarılması üçün hazırlanıb.

Share: