Ukraynanın işğal olunmuş Melitopol şəhərində 10 nəfər rusiyalı hərbçi şəhər meri İvan Fedorovu qaçırıblar.
Bu barədə Daxili işlər nazirinin müşaviri Anton Geraşenko teleqram kanalında yazıb.
Bildirilir ki, bundan əvvəl İvan Fedorov, Rusiya ilə əməkdaşlıq etməyi rədd edib, habelə şəhərin humanitar fəlakətin astanasında olduğunu bəyan edib. Rusiyalı hərbçilər İ.Fedorovu böhran mərkəzində çalışdığı zaman aparıblar. (UNİAN)
Müstəqil.Az