Ukraynada  Türk qövmü çigillər yurdu:  Çigirin şəhəri.    

    Ukraynada  Türk qövmü çigillər yurdu:  Çigirin şəhəri.    

Türkün ayaq izləri ilə…

       Tarixin daha erkən çağlarında Çigirin bir Osmanlı şəhəri olmuş, indi Ukraynanın Çərkəz   (Çerkassk) vilayəti mərkəzidir. Karlukların sələfi olan Çigillərin yurdu olan Çigirin Tasma çayının (Dneprin qolu) üstündə, Funquklu stansiyasının yaxınlığında yerləşir. Bunda n başqa Tula vilayətində(Rusiya), Mogilyovda (Belorusiya) da Çigir(inka) kəndi qalmaqdadır.

Artıq XVI əsrdən şəhər kazak və kalmıkların ardıcıl hücumlarına məruz qalmaqda idi (Rus mənbələrində də həmin zamanlardan adı çəkilməyə başlayır). Çox keçmir ki, talançı kazakların ələ keçirib qışlaq kimi istifadə etdikləri qala 1677-1681-ci ildə Ukrayna hetmanı Boqdan Xmelnitskinin iqamətgahına çevrilir. 1676-1681-ci illərin Rus-Türk müharibəsində Çigirin qalası qanlı döyüş meydanına dönür, dəfələrlə əldən-ələ keçir. Qala uğrunda döyüşlərə İbrahim paşa, ikinci yürüşdə Merzifonlu Qara Mustafa başçılıq edirdi. Rus-kazak birləşmiş qoşunlarına general Romadonovski ((Rusiyaya yeni torpaqlar qazandıran Pomadanovskini bu üzdən çox sevən Çar I Pyotr daha sonralar  – öz hakimiyyəti dövründə ona “Knyaz ata” ləqəbini verəcəkdi) və rusların, daha obrazlı deyilsə “Moskal”ın (Moskva hökuməti öz əleyhdarları Ukraynalılar tərəfindən həqarətlə belə adlandırılırdı) sədaqətli və üzüyola tərəfdaşı hetman Samoyloviç başçılıq edirdilər. Böyük Kasım xanlığınin ruslarin əlinə keçməsilə hələ kiçikkən xristianlığa gətirilib Vasili adı verilən Seyid Bürhan da rusların qardaşı qardaş üstünə salması məqsədinə müvafiq olaraq öz Kasımlı yerliləri ilə döyüşlərdə iştirak edirdi.  Mühüm siyasi və hərbi strateji mövqeyə sahib olan Çigirin qalasının əldən getməsilə Osmanlı imperiyasının Ukraynadakı mövqeyi də yavaş-yavaş zəifləməyə üz qoyurdu. 1681-ci ildə Baxçasaray sülh müqaviləsi imzalandı. Onun ilk şərti 20 illik sülh əldə etmək, bu müddətdə müharibənin yolverilməzliyinə nail olmaq idi. Bu sülhə görə Rusiya və Türkiyə Osmanlı dövləti arasında sərhəd xətti Dnepr boyunca keçməli idi. Bununla Osmanlı dövləti əllərində olan öz torpaqlarında geriyə sıxışdırılır, sol sahil Ukraynasının Rusiyaya keçməsi faktı ilə barışır və onu tanımalı olurdu.

Tasma çayı

Rus tarixçiləri Çigirin isminin nə qədər anlaşılamaz olduğu qənaətındəydilərsə də Çigirin adına gəldikdə o da qeyd olunmalıdır ki, bu ad qədim və güclü türk qövmü olan Çigillərlə bağlıdır.(2, 411). Orta Çağ Türk xalqları ilə ilgili qaynaqlarda adı keçən Çiğil yer adları arasında Türkistandaki Çiğil Balık, Çiğilkent, Çiğil şehri adları sayılabilir. Azərbaycanda Çigilçay Çigilçay(Sumqayıt çayının qolu) və Xəzər dənizində Çigil adası kimi yer adlarında görülür. Türkiyənin yer adları içərisində sayı 20-yə yetişən Çiğil, Çiğillər, Çiğilli adlarına da rastlanır. Zamanında Müasir Qazaxıstanda Taraz şəhəri yaxınlığında Çigil şəhəri olmuşdur. Orta çağ müəlliflərinə görə də, “Çiğillər Tarazdan insan səsi uzaqlığındadır”. Amu Dəryadan Çinə qədər olan ərazilərdəki  Doğu Türklərini Çigil adlandırırdılar. Ad  Qarluq türklərinin Çigil boyundan gəlir. Bildiyimiz kimi Türk xalqları iki – şimal və cənub qrupuna ayrılmışdı. Şimal qrupunu qıpçaqlar, peçeneqlər, tatarlar, qırğızlar təşkil etdiyi halda, cənub qrupunu uyğurlartabğaclar, toxsılar, yağmalar, cumullar, çaruklar, türkeş, xalac,  albanlar və s. ilə bərabər çigillər təşkil edirdi.

Çigirin şəhəri

Karluk dövlətinin 5-ci əsrdə Altay dağları ilə Balxaş gölünün şərq sahilləri arasındakı torpaqlarda sakin olduqları məlumdur. Çigillər 7-ci əsrdə Karluk ittifaqinda birləşməklə onu möhkəmləmdirirlər. Birliyin başçısı elteber və ya yabğu titulu daşıyırdı. Xanın iqamətgahı Taraz sayılırdı. Bu dövlət gələcəkdə Qaraxanilər dövlətinin əsaslarını təşkil edəcəkdi. Belə ki, Çigillər Karluk və Yağmalarla birlikdə Qaraxanlılar dövlətinin (942-1210)  yaradılmasında mühüm rol oynamaqla dövlət işlərində də önəmli mövqelərə sahib oldular.  900-cü illərdə Çigillər islama,  bəzi hissələri isə xristiyanlığa keçdi.  Artıq 11-ci y. başlanğıcında  Zərəfşan vadisində oturaq həyata keçdilər və yerli əhali ilə qaynayıb qarışdılar.  Tarihi çok eskilere gidib dayanan Taraz şəhərin indiki məzarlığı altında Skiflər dövrünə aid qədim qəbristan olduğu aşkar olunmuşdur. Qədim qalanın qalıqları və dağda istehkam divarları bu gün də durmaqdadır. Tacikistanda da yaşayan türklər arasında Çigillər də vardır. Çigirinin gerbində qaçağan at və döyüş oxları təsvir edilmişdir, bu çox şey demək idi.

prof. Nuriyeva Minaxanım

 Azərbaycan Dövlət Pedaqoji Universiteti 

 

 

 

 

 

 

 

Share: