Dneprdə yaşayış binasına dəyən raket zərbəsi nəticəsində biri azyaşlı olmaqla 9 nəfər həlak olub.
Bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Valentina Rezniçenko “Telegram”da məlumat yayıb.
Məlumata görə, indiyədək hücumda 64 nəfərin yaralandığı məlumdur.
Onlardan 59 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarının müalicəsi ev şəraitində davam etdirilir.
21:07
Dneprdə yaşayış binasına raket zərbəsi nəticəsində azı beş nəfər həlak olub.
Bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Valentin Rezniçenko “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, hazırda ən azı 27 mülki şəxsin xəsarət aldığı məlumdur. Onların arasında altı uşaq da var. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Xilasetmə əməliyyatı davam edir.
20:56
Yanvarın 14-də günortadan sonra Dneprdə Rusiya tərəfindən genişmiqyaslı raket hücumu zamanı yaşayış binasına zərbə endirilib.
Sakinlər dağıntılar altında qalıb.
Bu barədə Ukrayna prezidentinin dəftərxanası məlumat yayıb.
Bu gün qeyri-iş günü olduğundan bina sakinlərinin çoxu evində olub.
Mənbə: nv.ua