Rusiya Müdafiə Nazirliyindən Ukraynaya səhər saatlarında kütləvi raket zərbəsi endirilməsi ilə bağlı rəsmi məlumat yayıb.
-nın Moskva müxbiri xəbər verir ki, məlumatda martın 16-dan 22-dək Rusiya ərazisinin atəşə tutulması, yaşayış məntəqələrini yarmaq və ələ keçirmək cəhdlərinə cavab olaraq Rusiya hərbçilərinin Ukraynadakı hədəflərə 49 cavab zərbəsi endirdiyi bildirilib.
“Bu gün enerji obyektlərinə, hərbi-sənaye kompleksinə, dəmir yolu qovşaqlarına, arsenallara, Ukrayna Silahlı Qüvvələrinin və xarici muzdluların yerləşdiyi yerlərə kütləvi zərbələr endirilib. Zərbə nəticəsində silah, hərbi texnika və sursat istehsal edən və təmir edən sənaye müəssisələrinin fəaliyyəti dayandırılıb.
Bundan başqa, NATO ölkələrindən Ukraynaya gətirilən xarici hərbi texnika və silahlar məhv edilib, düşmən ehtiyatlarının cəbhə xəttinə keçirilməsi pozulub, döyüş qabiliyyətinin bərpa olunduğu ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin bölmələri və muzdluları məhv edilib”, – deyə Rusiya MN-nin məlumatında qeyd olunub.