Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Ukraynadakı müharibənin dünya ölkələri üçün təhdid rolu oynadığını qeyd edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qaribaşvili bunu paytaxt Tbilisidə keçirilən Səfirlər Konfransı 2022-nin açılışında bildirib.
“Rusiyanın ədalətsiz hərbi müdaxiləsi, Ukraynadakı proseslər dünya nizamını alt-üst edən ən böyük problemdir və ilin mühüm hadisəsidir. Arzumuz müharibənin bir an əvvəl bitməsidir, çünki bu, təkcə Ukraynanın deyil, bütün Avropa və regionumuzun təhlükəsizlik arxitekturasını təhdid edir “,-deyə Qaribaşvili vurğulayıb.