Ukraynadakı müharibənin nəticəsi dünyanın taleyini həll edəcək

Ukraynadakı müharibənin nəticəsi dünyanın taleyini həll edəcək

Ukraynadakı müharibənin nəticəsi dünyanın taleyini həll edəcək

NATO hərbi alyansının yüksək rütbəli rəsmisi Qərbdəki dövlət və özəl sahədəki aktorları müharibənin başlanması da daxil olmaqla, “hər an hər şeyin baş verə biləcəyi dövr”ə hazır olmağa çağırıb.

“Reuters”ə istinadən xəbər verir ki, bu barədə NATO Hərbi Komitəsinin rəhbəri, admiral Rob Bauer Brüsseldə NATO müttəfiqlərinin milli müdafiə komitəsinin rəhbərlərinin iki günlük iclasının açılışında deyib.

“NATO-nun döyüş transformasiyasına ehtiyacımız var”, o vurğulayıb.

NATO rəsmisi qeyd edib ki, əvvəllər NATO hökumətləri və şirkətləri hər şeyin bol olduğu, qabaqcadan proqnozlaşdırıla bilən, idarə oluna bilən və fəaliyyətin səmərəliliyə yönəldiyi bir dövrdə yaşayırdılar.

Admiralın sözlərinə görə, 2022-ci ildə Rusiyanın Ukraynaya qarşı işğala başlamasından bəri hər şey dəyişib, indi onlar (NATO müttəfiqləri) öz yanaşmalarını “hər an hər şeyin ola biləcəyi bir dövrə, gözlənilməzləri gözləməli olduğumuz bir dövrə, tam effektiv olmaq üçün effektivliyə diqqət yetirməli olduğumuz bir dövrə” uyğunlaşdırmalıdırlar.

Bauer NATO-nun Ukraynaya yardımını davam etdirəcəyinə də söz verib: “Hər gələn gün bizim Ukrayna üçün dəstəyimiz olacaq, çünki bu müharibənin nəticəsi dünyanın taleyini həll edəcək”, – o deyib.

Share: