Ukraynalı döyüşçülər Rusiyanın Kursk vilayətinə hücum ediblər

Ukraynalı döyüşçülər Rusiyanın Kursk vilayətinə hücum ediblər

Ukraynalı döyüşçülər Rusiyanın Kursk vilayətinə hücum ediblər

Ukrayna Silahlı Qüvvələrinin əsgərləri piyada döyüş maşını ilə Kursk vilayətində Rusiya sərhədçilərinə hücum edib. Onlar tank əleyhinə qumbaraatandan (RPQ) atəş açıblar.

-nın məlumatına görə, bu barədə “Life” nəşri “Shot Telegram” kanalına istinadən məlumat yayıb.

Jurnalistlər üç ukraynalı əsgərin Sumı və Kursk vilayətlərinin sərhəddində, Roqoznoe kəndi yaxınlığındakı meşə zolağına soxularaq Rusiya mövqelərini atəşə tutmasına aydınlıq gətirib.

“Ukraynalı hərbçilər cəmi iki dəfə atəş açmağa müvəffəq oldular – onlara güclü cavab atəşi açılıb”, – telekanalın mənbəsi bildirib.

Share: