Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması illər çəkəcək.
-nın məlumatına görə, bunu Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Yourova deyib.
Yourova qeyd edib ki, bu il Aİ heç bir ölkəni üzvlüyə qəbul etməyəcək. Onun sözlərinə görə, Serbiya, Monteneqro, Şimali Makedoniya və Albaniyanın alyansa qoşulmaq şansı daha yüksəkdir. O, həmçinin vurğulayıb ki, Aİ namizədləri ittifaqın bir hissəsi olmadan da ona yaxınlaşa bilərlər. Ölkələr Aİ ilə nəqliyyat infrastrukturu, enerji və rəqəmsal qarşılıqlı əlaqə qura bilər.