Ukraynanın Azərbaycandakı səfirindən Novruz Bayramı təbriki

Ukraynanın Azərbaycandakı səfirindən Novruz Bayramı təbriki

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını Novruz Bayramı münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, səfir bu barədə feysbuk səhifəsində paylaşım edib:

“Qardaş Azərbaycan xalqını xeyirin şər üzərində, həyatın ölüm üzərində qələbəsini simvolizə edən Novruz Bayramı münasibətilə təbrik edirik!

Bu bayramın həm də Ukrayna və mənim sarsılmaz həmvətənlərim üçün simvolik mənası var. Biz mütləq rus şərinə qalib gələcəyik, işığın zülmət üzərində qələbəsini qeyd edəcəyik, Ukraynanın dostları əhatəsində ailə rahatlığı və səmimi görüşlərin xoşbəxtliyini hiss edəcəyik!

Novruz Bayramınız Mübarək!”.


Share: