Ukraynanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Crocus City Hall” konsert zalında atışmada iştirakı ilə bağlı iddiaları rədd edirik.
xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin şərhində bildirilib.
Nazirlik Rusiya rəsmilərinin Ukraynanın atışmada iştirak etməsi ilə bağlı irəli sürdüyü ittihamları qəti şəkildə rədd edir.
“Bu cür ittihamları Rusiya cəmiyyətində Ukrayna əleyhinə isteriyanı daha da qızışdırmaq, Rusiya vətəndaşlarının ölkəmizə qarşı cinayət təcavüzündə iştirak etmək üçün səfərbərliyini gücləndirmək və beynəlxalq ictimaiyyətin gözündə Ukraynanı nüfuzdan salmaq üçün Kremlin planlaşdırılmış təxribatı hesab edirik. Beynəlxalq ictimaiyyəti Ukraynanın Krasnoqorskda atışmada iştirak etdiyi iddia edilən yalan ittihamları qətiyyətlə rədd etməyə çağırırıq”, – deyə bildirilib.