Ukraynanın Moskvadakı müvəqqəti işlər vəkili Ruslan Nimçinski Kerç boğazındakı hadisə ilə bağlı Rusiya XİN-ə çağırılıb.
RİA “Novosti” xəbər verir ki, ukraynalı diplomat jurnalistlərin suallarını cavablandırmayıb.
Bundan əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bu dəvətə Ukrayna tərəfinin təcavüzkar və təxribatçı hərəkətlərinin səbə olduğunu bildirmişdi.
Xatırladaq ki, Ukrayna tərəfi noyabrın 25-də Kerç boğazında üç hərbi gəmilərinin Rusiya gəmiləri tərəfindən atəşə tutulduğunu, 6 ukraynalı hərbçinin yaralandığını, bunun hərbi təcavüz aktı olduğunu bildirib. Rusiya tərəfi isə Ukrayna gəmilərinin ərazi sularını pozduğuna görə Qara dənizdə saxlanıldığını, bunun üçün silah tətbiq etdiklərini iddia edib.
Müstəqil.Az