Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan XİN-ə çağırıldı

Ukraynanın müvəqqəti işlər vəkili Gürcüstan XİN-ə çağırıldı

Ukraynanın Tiflisdəki müvəqqəti işlər vəkili Aleksandr Şulqa Gürcüstan Xarici İşlər Nazirliyinə çağırılıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb “Georgian Airways”ə qarşı sanksiyaların tətbiqi ilə bağlıdır.

Bildirilib ki, iyulun 1-də Ukrayna Prezidenti Volodimir Zelenski 190 fiziki və 290 hüquqi şəxsə qarşı şəxsi sanksiyalar haqqında qərarı imzalayıb. Siyahıda Rusiyaya uçuşları bərpa edən Gürcüstanın “Georgian Airways” aviaşirkəti də var.

Qeyd edək ki, mayın 16-da “Georgian Airways” Rusiya ilə birbaşa uçuşlar üçün icazə alıb.


Share: