Ukraynanın yeni müdafiə nazirinə qarşı cinayət işi açılacaq

Ukraynanın yeni müdafiə nazirinə qarşı cinayət işi açılacaq

Ukrayna Milli Antikorrupsiya Bürosu ölkənin müdafiə naziri vəzifəsinə təyin edilmiş Dövlət Əmlak Fondunun keçmiş rəhbəri Rustem Umerova qarşı cinayət işi açacaq. 

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi həmin büroya tapşırıq verib. 

Bildirilib ki, Umerov vəzifəsindən sui-istifadə edərək xidmətin maraqlarına zidd hərəkətlər edib. 

Bundan başqa, o, vəzifə səlahiyyətlərini aşaraq dövlət əmlakının oğurlanması ilə bağlı bəzi faktları da gizlədib.


Share: