İspaniya mətbuatı Ukraynaya Mi-8 helikopterini qaçıran rus pilot Maksim Kuzminovun qətli barədə məlumat yayıb.
xəbər verir ki, “Tercera Información” nəşri Kuzminovun ehtimal olunan qətli haqqında yazıb.
Nəşr polisdəki mənbələrə istinadən bildirib ki, Kuzminov qətlin qurbanı olub. Bundan əvvəl İspaniyanın bir neçə KİV-i Villajoyosa bələdiyyəsində iki naməlum şəxsin 33 yaşlı Ukrayna vətəndaşını tapança ilə (Kuzminovun 28 yaşı var) güllələdiyi barədə məlumat yayıb.
Qətllə bağlı məlumat rəsmi təsdiqini tapmayıb.
Ukraynanın Baş Kəşfiyyat İdarəsi Mi-8 helikopterini Ukraynaya qaçıran Maksim Kuzminovun ölümünü təsdiqləyib. Bu barədə RBC-Ukrayna məlumat yayıb.