“Ukraynanın irəliləməsi, daha çox torpaqlarını azad etməsi üçün daha çox yardıma və bu yardımların sürətlə çatdırılmasına ehtiyacı var”.
xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində panel müzakirəsində deyib.
Ukraynalı nazir bildirib ki onun ölkəsi artıq hansı gücə sahib olduğunu sübut edib: “Biz artıq sübut etmişik ki, Rusiyanı geri oturda bilirik. Biz müharibənin ilk günlərindən Rusiyanın işğal etdiyi torpaqlarımızın 50 fazini azad etmişik, Qara dənizdə dəhlizi açmışıq. Biz 2024-cü ildə Rusiyanı səmamızdan çıxarmaq istəyirik. Artıq sübut olunub ki, səmaya kim nəzarət edirsə nəticələri də onlar müəyyən edir, ona görə biz daha çox təyyarələr, havadan müdafiə sistemləri, dronlar, uzunmənzilli raketlər istəyirik. Biz böyük düşmənlə savaşırıq, bu düşmənin gücü var, bu düşmən yatmır. Əgər siz soruşsaz ki, biz yorulmuşuqmu? Bəli, yorulmuşuq, amma biz vaz keçirikmi? Yox”.
Kuleba əlavə edib ki, Ukrayna müharibəni dayandırmaqla bağlı tərəfdaşlarından hər hansı təzyiqlə üzləşmir. “Mən artıq bir neçə dəfə bəyan etmişəm, biz heç bir təzyiqlə üzləşmirik”