QOÇ – Qarşılıqlı münasibətlərdə uğurlu gedişlər edəcəyiniz gözlənilir. Bu, gələcək işləriniz üçün dönüş ola bilər. Şəxsi büdcənizi artırmaq üçün əhəmiyyətli görüşləriniz də mümkündür.
BUĞA – Əsəblərinizi sakitləşdirmək, daxili harmoniyanızı bərpa etmək üçün bütün gücünüzü səfərbər edin. İnsanları özünüzdən uzaqlaşdıran addımlar atmayın. Vaxtınızı sevgiyə sərf edin.
ƏKİZLƏR – Tərəddüdlərinizi dəf etmək üçün təcrübəli adamlarla məsləhətləşmələr aparın. Bu gün pul məsələlərini, uzaq səfərləri təxirə salın. Ailə-sevgi münasibətlərini arxa plana keçirməyin.
XƏRÇƏNG – Qohumluq müstəvisində qərəzli addımlara yol verməyin. Əks təqdirdə, təklənə bilərsiniz. Mərhəmətli olun və çalışın ki, rəğbət qazanasınız. Yersiz tələbkarlığınızı minimuma endirin.
ŞİR – Müqəddəs hədəfləriniz var, amma onlara yetişmək üçün lazımi addımlar ata bilmirsiniz. Məhz bu proqnozu oxuduğunuz andan etibarən hərəkətə keçin, Tanrı yardımçınız olar, inşallah.
QIZ – Gün ərzində bəd enerjili Ay bürcünüzdə olduğundan qida rasionunuza qeyri-ənənəvi təamlar əlavə etməyin. Nahardan sonra maraqlı adamlarla görüşləriniz mümkündür.
TƏRƏZİ – Öhdəlikləriniz çoxaldığından bu təqvimi bir qədər yorğun şəkildə başa vuracaqsınız. Amma nəticənin səmərəsini göz önünə gətirib təmkinli olmalısınız. Axşam maraqlı görüşlər gözlənilir.
ƏQRƏB – Nə qədər ki, öz bürcünüz “hakimdir”, ətrafınızda layiqli tərəfdaşlar toplamağa çalışın. Bu, perspektivlərinizə yetişməkdə xeyli irəliləyiş yarada bilər. Təşəbbüskarlığı əldə saxlayın.
OXATAN – Həyatınızın həssas məqamı yetişməkdədir. Hər addımı ölçülü-biçili atın ki, uduzmayasınız. Hər şeydən öncə qarşılıqlı münasibətlərə fikir verin. Məsuliyyətinizi hiss edin.
OĞLAQ – Maraqlı bir gün yaşayacaqsınız. Əgər dinə, adət-ənənəyə zidd hərəkətlərə yol verməsəniz, ovqatınız yüksək olacaq. Günün ikinci yarısında şəxsi büdcənizi artırmaq üçün şansınız olacaq.
SUTÖKƏN – Qarşınızda böyük işlər durur. Onların öhdəsindən gəlmək üçün daxili sabitliyinizi bərpa etməlisiniz. İşgüzar görüşlərinizi intensivləşdirin. Yaşca böyük doğmalarınızın qayğısına qalın.
BALIQLAR – Özünüzdə yarımçıq işlər bol olduğu halda, başqalarına əlavə problemlər yaratmayın. Quranda deyildiyi kimi, ya xeyirxah söz deyin, ya da susun… Bütün bunlar düşünməyiniz üçündür.