Türkiyənin məşhur aktrisası Filiz Taçbaş qış tədarükü üçün hazırlıq görməyə başlayıb.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İzmirdə 1,5 hektar sahə alaraq artıq təsərrüfat işləri ilə məşğul olur.
Orqanik və təbii həyat tərzini hədəfləyən sənətçinin sahəsində zeytun, limon və müxtəlif meyvələr var. O, “ulduz səhnədə, ev xanımı evdə” şərhini yazaraq fotolarını sosial mediada paylaşıb.
Qeyd edək ki, aktrisa əkinçilik sertifikatı da alıb.