Ülkər Nicatlı: BİR OVUC QARABAĞ VERİN, BU BAYRAMDA DADIM, ELLƏR

Ülkər Nicatlı: BİR OVUC QARABAĞ VERİN, BU BAYRAMDA DADIM, ELLƏR
Umidi qursaq əvəzi
Bacanızdan atdım, ellər!
Bir ovuc Qarabağ verin,
Bu bayramda dadım,ellər!
Qeyrətimə bu ten yollar,
Haçan mənə vətən yollar?
Qələbəyə gedən yollar,
Baxır maddım-maddım, ellər!
Atan,anan, bacın idi,
Senin qeyrət tacın idi.
Bir vaxt Şuşa, Laçın idi,
Yaddan çıxıb adım, ellər!
Hər daşda bir ünvan yatıb,
Arzu yatıb, güman yatıb.
Xiyaban-xiyaban yatıb,
Neçə min övladım,ellər!
Damarda çağlar dənizlər,
Səngər – səngərdir bənizler.
Dalğalanır Mübarizlər,
Gəlir addım-addım, ellər!
Share: