Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Fəxri oxucusu, yazıçı-publisist, şair Gülarə Munis kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə 12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım gününə həsr etdiyi elegiyanı səsləndirdi.
Elegiyada müəllif Zərifə xanım Əliyevaya xitabən öz hisslərini bölüşərək, ömür-gün yoldaşının ziyarətinə gəldiyini təsvir edir. Ulu Öndərimizin hər zaman Z.Əliyevanın məzarını ziyarət etdiyini, onun heykəli qarşısında heykəlləşən obrazı haqqında kövrək hisslərlə danışır. Müəllif elegiyada dahi şəxsiyyətin, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndərimizin necə kövrək qəlbə, böyük məhəbbətə sahib olduğunu vurğulayır.
Videoçarx aşağıdakı keçiddə təqdim olunur:
https://www.youtube.com/watch?v=U8u_xwWQOZw