“Ulu Öndərin ilk dəfə siyasi hakimiyyətə gəlişi ilə bu günkü Azərbaycanın təməlləri atılmış oldu”

Xalqımızın ümummilli lideri‚ ulu öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlməsi ölkə tarixində qızıl bir dövrün başlanmasıydı. Çünki Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi xalqımızın gələcəkdəki xilası idi. 1969-cu ilin iyulun 14-də Uıu öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbəri seçildi. Bununla da ölkəmizin və xalqımızın həyatında müsbətə doğru ciddi dönüş oldu. Beləliklə‚ müstəqil Dövlətçiliyimizin əsası Ulu Öndərin Azərbaycana rəhbərlik etməsilə qoyulmuş oldu. Ulu Öndərin siyasi idarəçiliyə gəlişi ilə sovet rejiminin qanlı siyasətinin ölkəmizə zərər verməsinin qarşısı alındı. Sovet dövrü ölkə rəhbərliyinə Heydər Əliyevin gəlməsilə xalqımızın içindəki sönmüş milli ruh yüksəlməyə və adət-ənənələr dirilməyə başlandı. Ən əsası Azərbaycan xalqının sovet rejimindən xilası prosesi start götürdü. Beləcə Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi ilə ölkəmizin parlaq gələcəyinin əsası qoyuldu. Bu günkü Dövlətimizin bütün təməlləri 50 il öncə bu günkü gün atıldı. Bu səbəbdən 1969-cu ilin iyulun 14-ü xalqımızın üzünə günəşin doğduğu bir gündür. Bu gün bütün siyasi idarəçilik və ölkəmizdəki yüksək inkişaf məhz Heydər Əliyev dühasının məhsuludur və dövlətimizin başçısı cənab İlham Əliyev bu ali dəyərləri və Ulu Öndərin Dövlətçilik ideyalarını‚ Azərbaycancanlıq məfkurəsini daha da inkişaf etdirməkdədir. Bu günkü qüdrətli Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin xalqımıza ərməğanıdır. Azərbaycan xalqı var olduqca‚ Ulu Öndər Heydər Əliyev də qəlblərdə və ürəklərdə əbədiyyən yaşayacaq. Ulu Öndərin adı Dövlətçiliyimizin rəmzidir. O ad var olduqca‚ dövlətçiliyimiz sarsılmaz və əbədi olacaq‚ xalqımız isə hər zaman əmin-amanlıq və rifah içərisində yaşayacaq.
Allah rəhmət eləsin. Məkanı cənnət olsun. Amin.
 
Vüsal Məmmədov
Müstəqil.Az
Share: