UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə -ya UNEC-dən məlumat verilib.
Məlumata görə, Türkiyənin Hacəttəpə Universitetinin rektoru professor Mehmet Cahit Güranın rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də işgüzar səfərdə olub.
Türkiyəli nümayəndə heyəti öncə rektor, professor Ədalət Muradovla birlikdə UNEC-in şəhid olmuş tələbə və məzunlarının Memorial Abidə Kompleksini ziyarət ediblər.
Sonra müvafiq struktur rəhbərlərinin iştirakı ilə tərəflər arasında görüş keçirilib. Görüşdə Erasmus+ mübadilə proqramı çərçivəsində əməkdaşlıq imkanları, müəllim-tələbə mübadiləsi, elektron kitabxanaların inteqrasiyası, akademik və inzibati idarəetmənin daha da təkmilləşdirilməsi barədə müzakirələr olunub. Eyni zamanda UNEC-in sədrliyi ilə Bakıda yanvar ayında keçiriləcək Türk Dövlətləri Təşkilatının Türk Universitetlər Birliyinin (TÜRKUNİB) Baş Assambleyası ilə bağlı fikir mübadiləsi aparılıb. Rektor Prof.Dr. Mehmet Cahit Güran Hacəttəpə Universitetinin TÜRKUNİB-ə üzv olmasının nəzərdə tutulduğunu bildirib.
Müzakirələrin sonunda UNEC ilə Hacəttəpə Universiteti arasında yeni əməkdaşlıq haqqında memorandum imzalanıb.