Cənubi Asiya dünyada ən çox uşaq nikahlarına rast gəlinən bölgədir.
Regionda dünyadakı azyaşlı gəlinlərin 45%-i (290 milyon nəfər) yaşayır.
Bu barədə BMT-nin Uşaq Fondunun – UNICEF-in son hesabatında bildirilir.
UNICEF-in Cənubi Asiya üzrə Regional Direktoru Noala Skinner bunu faciə adlandırıb. O əlavə edib ki, qızlar erkən ərə verməklə təhsil almaq imkanından məhrum edilir, sağlamlıqları risk altına alınır.
Tədqiqat Banqladeş, Hindistan və Nepal daxil olmaqla 16 ölkədə aparılıb. Məlumata görə, maliyyə vəziyyətinin pisləşməsi və bir sıra məktəblərin koronavirus pandemiyası səbəbindən bağlanması səbəbindən yerli sakinlər qızlarını erkən ərə verirlər.
Mənbə: rbc.ru