Unuda bilmədiyimiz faciə haqda uzaq səfərlər kapitanı xarici dənizçilırə məlumat verir

Unuda bilmədiyimiz  faciə haqda uzaq səfərlər kapitanı xarici dənizçilırə məlumat verir

Bu gün 1990-cı ilin 20 Yanvar hadisələrindən 33 il keçir.

Bu tarix, həmçinin müstəqilliyimizin, azadlığımızın 33-cü ilidir.

Müstəqiliyimiz, azadlığımız bizə şəhidlərimizin qanı, canı hesabına başa gəlmişdir. Bu qədər illər keçməsinə baxmayaraq, Yanvar hadisələri hələ də bizi narahat edir. Nə qədər öz-özümüzə ünvanı bəlli olmayan suallar veririk:
-Necə oldu?, Niyə illərlə keşiyində dayandığımız bir ordunun hərbçiləri silahla dinc ,əliyalın vətəndaşlarımıza atəş açdı və s.
Bu faciə neçə-neçə qəhrəman Azərbaycan övladının ölümünə səbəb oldu, onlardan bəzilərinin meyiti tanınmaz hala düşdü, bəzilərinin isə nə ölüsü, nə də dirisi tapıldı. Bu gün də 20 yanvar şəhidlərinin məzarlığında hətta adı, soyadı olmayan“naməlum məzar”a da rast gəlmək olur.
1990-cı ilin 19-dan 20-nə keçən gecə yüzlərlə dinc sakin həlak oldu. İşğalçı qoşunlar Azərbaycanın demokratiyasının ilk kövrək addımlarını şəhidlərimizin qanı ilə boyadılar.
Sovet İttifaqı Əfqanıstan müharibəsinin ardını Azərbaycanda, o müdhiş gecədə davam etdirdi.
20 Yanvar Günündə minlərlə Azərbaycan vətəndaşı Şəhidlər xiyabanına suverenliyimiz və azadlığımız uğrunda şəhid olan qəhrəmanların xatirəsini anmağa gedirlər.
Həmin tarix haqqında bütün dünya dövlətləri və xalqlarının məlumatlandırıması çox zəruridir.
Təbii ki, bu sahədə bizim, Azərbaycanın hüdudlarından kənarda çalışan kapitanların üzərinə də böyük məsuliyyət və vəzifələr düşür. Üzərimizə düşən məsuliyyətdən irəli gələrək, biz də BƏƏ- də ADNOC 511 gəmisində Azerbaijan, Egyptian, Cameroonian, İndonesoan, Filipino,İndian Morocco, Bangıadesh, Algeria , Nigerian və s. ölkə vətəndaşlarna 20 Yanvar hadisələri haqqında ətraflı və obyektiv məlmat verdik . Onların diqqətinə çatdırdıq ki, bu vəhşilikləri törədənlər 70 il ərzində tərkibində olduğumuz “sovet ittifaqı” və “böyük qardaş” adlandırdığımız imperiya oldu. Buradan özümüz də bir həqiqəti daha aydın dərk etdik ki, imperiyanın illərlə irəli sürdüyü “xalqlar dostluğu” siyasəti də boş xülyadan başqa bir şey deyilmiş.
Haqq səsini ucaldan Azərbaycan xalqını məhv etmək üçün Sovet imperiyası əlindən gələni etdi.
Hər il 20 yanvar faciəsinin ildönümünü yaşayanda o dəhşət dolu kadrlar göz önündən gəlib-keçir… tanklar, Sovet ordusunun tarixdə misli görünməmiş vəhşiliyi, bir də Bakı buxtasından “SOS” siqnalı verən gəmilərin imdad ğözləyən uğultusu…
Məhz dənizçilərin verdikləri “SOS” Bakıda baş verən fəlakəti bütün dünyaya çatdırdı.
Çünki, Sovet hökuməti, partiya və digər qurumları bilavasitə törətdikləri vəhşilikləri ört-basdır etmək üçün Bakıda baş verənləri adi iğtişaş, xalq narazılığı kimi qələmə verirdi.
Azərbaycan dənizçiləri, o cümlədən də savadlı və təcrübəli kapitanlarımız olmasaydı, vəhsiliyin, qətliyamın sərhədləri, miqyası daha geniş olacaqdır.
Azərbaycan dənizçiləri, onların ağıllı və tədbirli davranması Sovet ordusunun hərbi gəmilərinin hərəkətinin qarşısını almışdı.
20 Yanvar təkcə kədərli və hüznlü bir tarix deyil, həm də milli azadlıq hərəkatının başlandığı, xalqın imperiya buxovundan qurtulduğu gündür.
20-ci əsrdə totalitar sovet rejiminin ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində insanlığa, humanizmə qarşı yönəlmiş qanlı cinayətdir.
Xalqımız bu qanlı faciəni heç vaxt unutmayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhları şad, məkanları cənnət olsun!
Uzaq səfərlər kapitanı Nazim Həbibov
Share: