Tovuzun Yuxarı Öysüzlü kəndində qarğıdalı unudan hazırlanan çörəkdən istifadə edilir. Bu kənddə qarğıdalı unundan hazırlanaan çörəyi “cad” adlandırırlar. Bu çörəyin özğünəmxsus qoxusu və dadı var.
Xezerxeber.az-ın məlumatına görə, unudulmaqda olan bu çörəyi Tovuzun Yuxarı Öysüzlü kəndində tək-tək ailələrdə yaşlı nəslin nümayəndələri bişirir. Uzunömürlü olmağın bir sirrini məhz bu çörəkdə görənlər var. Çünki bu cadın tərkibindəki faydalı maddələr qan şəkərini tənzimləyir .Təkcə bu çörək və nehrə yağı ilə insan bir gün tox qala bilir. Unun hazırlanması isə müxtəlif proseslərdən keçir.
Qarğıdalı unu asan əldə edilmir. Tələbat olmadığı üçün bu gün dəyirmanlarda da üyüdülmür. Bu un emal olunmamayan, təmizlənməmiş qarğıdalıdan hazırlanır. Belə çörəkdə buğdanın bütün faydalı xüsusiyyətləri saxlanılır.
A və B2 vitaminləri ilə zülal, kalsium, fosfor və dəmir mineralları baxımından zəngin olan cad çörəyinə peyğəmbərlərin sevdiyi çörək də deyilir. Bu çörəyin bişirilməsində qabardıcı tozlardan və əlavə qatqılardan istifadə edilmədiyi üçün dietik çörək də adlanır. Cad çörəyinin üstünlüklərindən biri də uzun müddət saxlanıldıqda xarab olmamasıdır.
Müstəqil.Az