Dekstrokardinin yaranma səbəbləri
Ürəyin döş qəfəsində yerini dəyişməsi “Dekstrokardi” adlanır. Ürəyin sağda olması ilə bağlı ilk məlumat məşhur rəssam Leonardo da Vincinin adı ilə bağlıdır. Onun bu barədə bir rəsmi var. Uzun illər keçdikdən sonra bu barədə məlumatlara Marco Aurelio Severino adlı alimin qeydlərində də rast gəlinir. Bu qeydlərin üzərindən 1 əsr keçdikdən sonra orqanların yerdəyişməsi ilk dəfə alim Matthev Baillie tərəfindən rəsmən təsdiqlənib.
Bəzi alimlər hesab edirlər ki, bu, genlərin mutasiyaya uğraması ilə bağlıdır. Bir çoxu isə bunu təkzib edir. Yekun nəticə budur ki, ürək yerdəyişməsinin dəqiq səbəbi bəlli deyil. Bu insanların əsas problemləri orqan köçürülməsi zamanı yarana bilir. Belə ki, ürəyi, buna müvafiq olaraq da qaraciyəri sağda yerləşən şəxslərə normal donorlardan orqan köçürmək mümkün olmur. Ürəyi sağda olan insanların ciddi problemləri olmasa da, bundan xəbərdar olmaları vacib sayılır. Bu insanlar normal qaydada uzun ömür sürürlər, onlardan bəziləri 90-100 ilə kimi yaşayırlar. (medicina.az)