Zilalə Xocaniyazova
1973-cü il 16-iyunda anadan olub.
Özbəkistan Yazıçılar Birliyinin üzvüdür.
“Ürəyimdə bir çiçək bitir”, “Könül şevəsi”, “Ürəyə yol” şeir və “Jurnalistika və gəncliyin siyasi idealı”, “Kütləvi informasiya vasitələri və ictimai nəzarət”, “Qloballaşma şəraitində gənclik mənəviyyat”, “Ailə tarix və inkişaf” şeir və publisistik kitabların müəllifidir. Uluqbəy mükafatı laureatı.
TƏŞRİF
Bəli, bir gün birdən birə,
həm də qəfildən,
Ürək qapısını döyüb gəldi Bəxt.
O uzaq bir yerdə yaşayır indi,
Mən məyus olmuşdum,
həm də çox müddət.
Günəş işığından, dan nəfəsindən,
Əlində bir dəstə çiçək var idi.
Ürəyim quş kimi çıxdı qəfəsdən,
Hər yan payız idi, qəlb bahar idi.
Tələsik geyincə qızıl donunu,
Özünü bəzədib, xoşbəxt oldu o.
Gözləməkdən doyan məyus, kədərli,
Ruhuma anidən nurtək doldu o.
Daha tək deyildim, həsrət yurdunda
Sanki parlayırdı sağım və solum.
Nəsə yaşamağa ümid verirdi…
Xoş bir Bəxtə tərəf gedirdi yolum.
— Mən gəldim!
dedi o, bax, gec olsa da,
Səhv oldum, birdə ki yazıqlamışam…
Sonra gülümsəyıb həmdə utanıb,
Dedi: ünvanını yanlış yazmışam …
Bəli, bir gün birdən birə,
həm də qəfildən…
APREL
Ağac sırğasını çıxarıb yenə,
Görəcək ətrafda əsir necə yel.
Pəncərədən ahəstə keçib içəri,
Güləcək üzümə mən sevən aprel.
O, dilər, ürəyi asiman olar,
Axıdar bir anda gözünü yaşın.
Yağışın altında bu qədər qalma,
Görürsən, geriyə döndü sirdaşın.
Bahar çiçəklərdən bir tac düzəldib,
Bağlarda bəhs edər gör bir necə də.
Çiçəklərin nazın özü çəkəcək,
Yer oynar yenə də sirli gecədə.
Qızılgül ləçəyi gödəkçə – qat-qat,
Amma ki utanır hər gün, hər səhər.
Şirin nağıl kimi başla sən, ancaq
Sən belə sevgidən, danışma bahar.
Pəncərədən ahəstə keçib içəri,
Güləcək üzümə mən sevən aprel…
Özbək türkcəsindən uyğunlaşdıranlar: Rəhmət Babacan, Faiq Balabəyli